Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya 4000-ə qədər miqrant deportasiya ediləcək -
4000-ə qədər miqrant deportasiya ediləcək -
Dünya

4000-ə qədər miqrant deportasiya ediləcək - BU ÖLKƏDƏN

Xpress.az Redaksiyası 16.02.2026 23:46

2026-cı ildə ölkədən 4000-ə qədər qanunsuz miqrantın deportasiya edilməsi planlaşdırılır.

Bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze bəyan edib.

Nazir qeyd edib ki, 2025-ci ildə ölkədən 1300-dən çox qanunsuz immiqrant deportasiya edilib:

"Təkcə bu il 400-dən çox qanunsuz immiqrant deportasiya edilib. Keçən həftə ictimaiyyətə 2025-ci ildə 1300-dən çox qanunsuz immiqrantın deportasiya olunduğunu elan etdim. Əlbəttə ki, bu, bizim prioritetimizdir və bu il ölkədən 4000-ə qədər qanunsuz immiqrantı deportasiya etməyi planlaşdırırıq".

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze əvvəllər əcnəbilərin işə götürülməsinin 1 mart 2026-cı il tarixindən etibarən qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılacağını bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək