Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Siyasətçilərə süni intellekt qadağası QOYULDU
Siyasətçilərə süni intellekt qadağası QOYULDU
Gündəm

Siyasətçilərə süni intellekt qadağası QOYULDU

Xpress.az Redaksiyası 18.02.2026 16:29

Avropa Parlamenti deputatları üçün yeni təhlükəsizlik məhdudiyyətləri tətbiq olunub. Qərara əsasən, deputatlara təqdim edilən xidməti planşetlərdə süni intellekt alətlərindən istifadə artıq mümkün olmayacaq.

Xarici mediaya istinadən verilən məlumata görə, Parlament üzvlərinə təqdim olunan xüsusi planşetlər yalnız rəsmi məqsədlər üçün nəzərdə tutulub. Bu qurğular vasitəsilə daxili məlumat bazalarına daxil olmaq, qanun layihələri üzərində işləmək və səsvermələrdə iştirak etmək mümkündür. Şəxsi cihazların sistemə qoşulmasına isə icazə verilmir.

Bundan əvvəl deputatlara səfərlər zamanı "Faradey çantaları"ndan istifadə etmək və şübhəli Wi-Fi şəbəkələrinə qoşulmamaq tövsiyə olunurdu. Yeni qərarla isə rəqəmsal təhlükəsizlik tədbirləri daha da sərtləşdirilib və neyroşəbəkə əsaslı platformalara çıxış tamamilə bağlanıb.

Ekspertlər bildirirlər ki, Qərb ölkələrində rəsmi sənədlərin hazırlanmasında süni intellekt alətlərindən istifadə geniş yayılıb. Lakin bunun riskləri də mövcuddur. Onların sözlərinə görə, bəzi hallarda mətnlərdə süni intellektin izi açıq şəkildə hiss olunur və bu, sənədin hazırlanmasında insan faktorunun rolunu sual altına ala bilər.

Müşahidəçilər hesab edirlər ki, Avropa Parlamenti rəhbərliyinin bu addımı həm məlumat təhlükəsizliyini gücləndirmək, həm də deputatların peşəkar nüfuzunu qorumaq məqsədi daşıyır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək