Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İsrail Suriyada
İsrail Suriyada
Dünya

İsrail Suriyada ƏMƏLİYYAT KEÇİRDİ

Xpress.az Redaksiyası 18.02.2026 22:02

İsrail Ordusunun xüsusi təyinatlı bölmələri Suriyanın Deraa əyalətindəki iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib.

Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçiləri yeddi zirehli maşınla Yarmuk çayı kənarındakı Masartiya qəsəbəsinə daxil olublar. Yerli sakinlərin evlərində aparılan axtarışlar zamanı radikal qruplaşmaların üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Məlumata görə, xüsusi təyinatlıların digər dəstəsi Saysun yaşayış məntəqəsində əməliyyat keçirib və tədbirlər zamanı oraya aparan yollar bağlanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək