Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Snoubord üzrə Heydər Əliyev Kuboku keçirilib -
Snoubord üzrə Heydər Əliyev Kuboku keçirilib -
Ana səhifə

Snoubord üzrə Heydər Əliyev Kuboku keçirilib - FOTO

Xpress.az Redaksiyası 25.01.2026 18:30

Yanvarın 25-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Tuirzm Mərkəzində müxtəlif yaş kategoriyasında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub.

Xpress.az xəbər verir ki, turnirdə öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən 6-8 yaş kategoriyasında Raul Abbasov (AZE) 1-ci yerə, 9-12 yaş kategoriyasında qadınlar arasında Rozalia Dubitsova (AZE) 1-ci yerə, eyni yaş kategoriyasında kişilər arasında Daniel Belousov (AZE) 1-ci yerə, Mehti Metin (AZE) 2-ci yerə, Celik Doruk (TÜR) 3-cü yerə sahib olublar.

13-17 yaş kategoriyasında isə kişilər arasında Bəşirli Kamal (AZE) 1-ci yerin qalibi olub.

Həmçinin 23-45 yaş kategoriyasında qadınlar arasında Nuran Musayeva (AZE) 1-ci yerə, Ekaterina Başeva (RUS) 2-ci yerə,Valentina Gerasimova (AZE) 3-cü yerə, kişilər arasında Igor Kulakov (RUS) 1-ci yerə, Rəsul Aslanov (AZE) 2-ci yerə, Seymur Qurbanov (AZE) 3-cü yerə sahib olublar.

46-56 yaş kategoriyasında kişilər arasında Ceyhun Vəzirov (AZE) 1-ci yerə, Ruslan Ağayev 2-ci yerdə qərarlaşıblar. 57+ kategoriyasının qalibi isə Azad Kəlbiyev olub.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və yarışın sponsorları tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və snoubordun idman növü kimi ölkədə inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, fevralın 1-də müxtəlif yaş kategoriyasında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçiriləcək.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək