Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin...
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci gününün turu keçirilib -
Ana səhifə

“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci gününün turu keçirilib - FOTO

Xpress.az Redaksiyası 09.01.2026 15:23

Yanvarın 9-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turunun yarışı keçirilib.

Turnirin ikinci günündə iştirakçılar dağ xizəyinin slalom növü üzrə çıxış edərək yüksək nəticələr uğrunda mübarizə aparıblar. Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner 1-ci yerə, Qazaxıstan idmançısı Dalel Talkunova 2-ci yerə, Gürcüstanlı idmançı Nino Thklauri isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir yanvarın 11-ə qədər davam edəcək. Qarşıdakı günlərdə idmançılar slalom və qiqant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.

“Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistan və Qazaxıstan Respublikalarından müxtəlif yaş kateqoriyalarını əhatə edən 20 qadın idmançı iştirak edir. Yarışlarda ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edir.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək