Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə...
Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə edə bilər? -
Gündəm

Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə edə bilər? - RƏSMİ AÇIQLAMA

Xpress.az Redaksiyası 19.02.2026 14:37

Sosial şəbəkələrdə şəhid ailə üzvlərinin metrodan ödənişsiz istifadə etməsi ilə bağlı məlumatlar paylaşılıb. Bunun da Ramazan bayramı ilə bağlı olduğu qeyd edilib.

Xpress.az xəbər verir ki, yayılan iddia ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metrodan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları aşağıdakı qanunvericilik aktları ilə müəyyən edilib:

Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakı Metropolitenindən İstifadə Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gedişhaqqı ödəməmək hüququna malikdirlər;

xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - "Polis haqqında" qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - "Hərbi qulluqçuların statusu haqqında" 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.

3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsanamənin 4-cü bəndinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Qeyd edək ki, mövcud qanunvericilikdə şəhid ailələrinin metrodan pulsuz istifadə etməsi ilə bağlı hər hansı müddəa yer almır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək