Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Yüksək vəzifəyə təyinatı gözlənilən Camalov bu məm...
Yüksək vəzifəyə təyinatı gözlənilən Camalov bu məmurun oğlu imiş -
Gündəm

Yüksək vəzifəyə təyinatı gözlənilən Camalov bu məmurun oğlu imiş - FOTOLAR

Xpress.az Redaksiyası 20.02.2026 12:55

Hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sədrliyi ilə baş tutan iclasda müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.

Xpress.az xəbər verir ki, Oxu24.com siyahıda adı olan 34 nəfərin kimliyi barədə məlumat əldə edib.

Qeyd edək ki,hakimlərin təyinatı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri çərçivəsində baş tutur.Namizədlər tələb olunan mərhələləri keçdikdən sonra təqdimat üçün siyahı Prezidentə təqdim olunur.

Hakimlik üçün uğur qazanmış 34 nəfərin arasında Camalov Əli Elmar oğlu da var.

Oxu24.com-un əldə etdiyi məlumata görə,Əli Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.

Elmar Camalov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ailəlidir, dörd övladı var.

Onun hakim olmaq istəyən oğlu Əli Camalov gənc vəkildir.Alman, İngilis, Rus dillərini bilir.

2013-2017 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (bakalavr),2017-2018 - Münhen Lüdviq Maksimillian Univeristeti, Almaniya (magistr, L.L.M.) bitirib.Cinayət hüququ;kommersiya hüququ;müqavilələr hüququ;vergi hüququ;əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmış vəkil kimi fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək