Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb?
7 professor elmi şuradan niyə uzaqlaşdırılıb?
Cəmiyyət

7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video

Xpress.az Redaksiyası 21.02.2026 00:04

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan elmi şuranın tərkibindən çıxarıldığı bildirilir.

Professorların sözlərinə görə, qərar onlara əvvəlcədən xəbərdarlıq edilmədən və səsvermə keçirilmədən elan olunub.

Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa olaraq Səhiyyə Nazirliyinin tapşırığı olduğu deyilib:

"Hazırda dünyanın 12 universitetinin fəxri professoruyam, dünyanın cərrahiyə üzrə ən böyük cəmiyyətlərindən biri Asiya Cərrahlar Cəmiyyətidir və mən o cəmiyyətinin idarə heyətinin üzvüyəm. Amma 30 il çalışdığım bir univesitetin elmi şurasından heç bir izahat verilmədən 7 professor xaric edilib”.

Professorun sözlərinə görə, elmi şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçilib eyni qaydada da çıxarılmalıdır. Bu prosedura da əməl edilməyib.

Elmi şuradan çıxarılan bir digər professor, ümumi cərrah Zərraf Şirinov da deyir ki, ona hansı səbəbdən elmi şuradan uzaqlaşdırıldığı haqqında məlumat verilməyib:

"Bizə izah etdilər ki, guya səhiyyə nazirinin göstərişidir. Biz də nazirə məktub yazdıq ki, aydınlıq gətirsinlər ki, bizi hansı səbəbdən kənarlaşdırıblar. Bizə qarşı olan haqsızlığın nədən qaynaqlandığını bilmirəm”.

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirilib ki, sözügedən elmi şura üzvülərinin tərkibi və sayı seçki əsasında yox, təqdimat əsasında nazirlik tərəfindən təsdiq edilir.

Qeyd edilib ki, köhnə elmi şuranın tərkibində uyğunsuzluq var imiş və 25 üzvdən 10-u eyni ixtisası təmsil edirmiş.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək