Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ən çox optimist və pessimistin olduğu ölkələrin ad...
Ən çox optimist və pessimistin olduğu ölkələrin adları
Dünya

Ən çox optimist və pessimistin olduğu ölkələrin adları AÇIQLANDI

Xpress.az Redaksiyası 23.02.2026 09:32

Ən çox optimist və pessimistin olduğu ölkələrin adları açıqlanıb.

Rusiya-Asiya Sənayeçiləri və Sahibkarları Birliyinin hesabatına əsasən, aparılan sorğular göstərir ki, Asiya ölkələrinin sakinləri dünyaya daha nikbin baxırlar.

30 ölkədən ümumilikdə 25 000 nəfərin iştirak etdiyi sorğuda optimistlərin ən yüksək göstəricisi Sinqapurda qeydə alınıb. Respondentlərin 82 faizi şəhər-dövlətin düzgün yolda olduğuna inandıqlarını bildirib.

İkinci yerdə İndoneziya qərarlaşıb — iştirakçıların təxminən dörddə üçü ölkələrinin düzgün istiqamətdə inkişaf etdiyini düşünür. Sonrakı yerlərdə Malayziya (69 faiz), Hindistan (62 faiz) və Cənubi Koreya (58 faiz) gəlir.

Sorğuda iştirak edən bütün Asiya ölkələri orta göstəricini (41 faiz) üstələyib.

Ən aşağı nikbinlik səviyyəsi isə Fransada qeydə alınıb — cəmi 10 faiz. Daha sonra Peru (21 faiz), Macarıstan (24 faiz) və Birləşmiş Krallıq (24 faiz) yer alıb.

Respondentləri ən çox narahat edən məsələlər cinayətkarlıq və zorakılıq (bütün ölkələr üzrə 32 faiz), inflyasiya (30 faiz), həmçinin yoxsulluq, sosial bərabərsizlik və işsizlik (hər biri 28 faiz) olub.

 Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək