Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Günay Ağamalının döydürdüyü deyilən köməkçisi
Günay Ağamalının döydürdüyü deyilən köməkçisi
Gündəm

Günay Ağamalının döydürdüyü deyilən köməkçisi işdən çıxdı

Xpress.az Redaksiyası 23.02.2026 10:03

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının döydürdüyü iddia olunan köməkçisi Pərviz Mirizadənin işindən ayrılması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Günay Ağamalı ilə əlaqə saxlayıb.

Deputat saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, köməkçisi könüllü şəkildə işdən azad olunmaq istəyib: “Bu, normaldır. Bir insan işləyir, müəyyən müddətdən sonra işindən ayrıla bilər. Yayılan xəbərlər isə kökündən yanlışdır. Mən bilmirəm yalan məlumatları hansı səbəbdən yayırlar. Heç bir problem yoxdur. Sadəcə olaraq özü könüllü şəkildə işdən ayrılmaq istədi”.

Qeyd edək ki, bir neçə gün əvvəl Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni öz mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılsa da, hər iki tərəf bunu təkzib etmişdi.

P.Mirizadənin işindən ayrılması ilə bağlı ilkin xəbəri Oxu.az yayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək