Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Xəzərin sahilində minlərlə ölü quş tapıldı -
Xəzərin sahilində minlərlə ölü quş tapıldı -
Gündəm

Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar

Xpress.az Redaksiyası 23.02.2026 11:17

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.

Xpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.

Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.

“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, - rayon sakini Anar Mikayılov deyib.

Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarından bildirilib ki, aşkarlanan quş cəsədləri ilə bağlı araşdırma aparılır. Xaçmaz rayonunun Niyazabad və Nabran kəndləri yaxınlığında sahilboyu ərazilərdə aşkarlanan quş cəsədlərinə yerində baxış keçirilərək nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, cəsədlərin ərazidən təmizlənməsi istiqamətində də tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, batağanlara Antraktidadan başqa, dünyanın bütün bölgələrində rast gəlmək mümkündür. Bu quşların qeydə alınmış 22 növü var ki, onlardan da üçünün nəsli kəsilmiş sayılır. Əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Şıx çimərliyi sahillərində də eynicinsli ölü quşlar tapılmışdı.




Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək