Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm “Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini ö...
“Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini öz maraqlarına uyğun xərcləyiblər”
Gündəm

“Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini öz maraqlarına uyğun xərcləyiblər”

Xpress.az Redaksiyası 23.02.2026 11:20

Milli Məclisin Gəncədən seçilmiş deputatı Müşfiq Cəfərov “Kəpəz”in hazırkı durumu ilə bağlı yazı paylaşıb.

Cəfərov klubun hazırkı rəhbərliyinə ittihamlar səsləndirib.

“Kəpəz” Peşəkar Futbol Klubunun inkişafı üçün Gəncədə dövlətimiz və dövlət başçımız tərəfindən həyata keçirilən, demək olar ki, bütün infrastruktur layihələri yekunlaşıb. Bir tək əsas stadionun ot örtüyü qalıb ki, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarınaı doğma şəhərində keçirəcək. Bu, işin bir tərəfi!

Gəldik “Kəpəz”in sponsor məsələsinə. 1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Adil Vəliyev adlı şəxsdən təklif gəldi. Düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilib DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Əhmədzadənin o zaman “Mingəçevir” Futbol Klubunu himayəçiliyinə götürmək niyyəti var idi. Vəliyevlə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. İdarə Heyətinin hər bir üzvünü inandırdı ki, klub üçün hər şey daha yaxşı olacaq. Bizim istəyimiz isə o idi ki, nə olursa olsun, bir tək “Kəpəz” irəli getsin. Futbolda sponsor yoxdursa, klubun liqada qalma şansı belə azdır. Nəzərə alsaq ki, Gəncə şəhər stadionunda “Kəpəz” üçün dövlət elə bir şərait yaradıb ki, açığı, heç ölkənin aparıcı klubu olan “Qarabağ”da bu şərait yoxdur.

Necə deyərlər, biz “hə” dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Namiq müəllim ilk gündən xoş təəssürat yaratdığından onun kluba daha çox kömək edə biləcəyinə inandıq. Amma Qədirovun “Kəpəz”də qalması çox çəkmədi. Vəliyevin ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar.

Bununla bitmədi. Kluba ən çətin günlərində dəstək olmuş, hec vaxt “Kəpəz”i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi. İllərlə Gəncə təmsilçisinə xidmət edənlər bir-bir yola salındı. Klub idarəçilikdən zəiflədildi. Son nəticədə Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı.

Hazırda onun özü də “Kəpəz”dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır, özünün ən etbarlı silahdaşı “Agrosport”un rəhbəri Fərman Əlizadə ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişini 12 000 manata etdiyi halda necə olur ki, indi 2 meydançanın xidməti 24 000 min manat olur? Buradan belə nəticə formalaşır: Erkin İbrahimov – Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Buna da idarəçilik demək mümkündürsə...

Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz “Kəpəz” mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur...”

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək