Cəmiyyət
Fuad Şahbazov yüksək vəzifəyə TƏYİN OLUNDU
Xpress.az Redaksiyası
23.02.2026 15:24
Xaçmaz Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
İcra başçısı Elnur Rzayevin əmri ilə Şahbazov Fuad Nəzər oğlu başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Fuad Şahbazov bu təyinata qədər Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.