Dünya
Planetlərin paradı bu tarixdə baş tutacaq
Xpress.az Redaksiyası
23.02.2026 22:46
Fevralın sonunda səmada planetar parad görünəcək.
Bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz saytında məlumat yayıb.
NASA aydınlaşdırıb ki, əlverişli hava şəraitində yalnız dörd planet - Merkuri, Venera, Saturn və Yupiter adi gözlə görünəcək. Bununla belə, Uran və Neptunu müşahidə etmək üçün optik alətlər tələb olunacaq.