Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Teleqramın rəhbərinə Rusiyada cinayət işi açıldı
Teleqramın rəhbərinə Rusiyada cinayət işi açıldı
Dünya

Teleqramın rəhbərinə Rusiyada cinayət işi açıldı

Xpress.az Redaksiyası 24.02.2026 21:59

Teleqram messencerinin təsisçisi Pavel Durov Rusiyada ona qarşı “terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işinin açıldığını bildirib.

İş adamı bu barədə şəxsi teleqram kanalında paylaşım edib.

O, Rusiya hakimiyyətinin bu addımını şəxsi həyatın toxunulmazlığı və söz azadlığını boğmaq cəhdi kimi qiymətləndirib:

“Rusiya mənə qarşı “terrora yardım” maddəsi ilə cinayət işi açıb. Hakimiyyət hər gün rusiyalıların teleqrama çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr uydurur. Öz xalqından qorxan dövlət – kədərli mənzərədir”.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) materiallarına əsasən, Durov Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə yardım) üzrə təqsirləndirilir. Rusiya rəsmiləri platformanın ekstremist və terrorçu təşkilatların fəaliyyəti üçün alətə çevrildiyini, rəhbərliyin isə qanunsuz məzmunu silməkdən imtina etdiyini iddia edirlər.

Xatırladaq ki, P. Durov 2024-cü ilin avqustunda Fransada bənzər ittihamlarla saxlanılmış, bir müddət sonra nəzarət altında sərbəst buraxılmışdı. Rusiyada ona qarşı açılan yeni cinayət işi ölkədə messencerə çıxışın tamamilə bloklanması ehtimalını yenidən gündəmə gətirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək