Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni evlənənlərə 32 min manat verilməsi müzakirə y...
Yeni evlənənlərə 32 min manat verilməsi müzakirə yaratdi
Cəmiyyət

Yeni evlənənlərə 32 min manat verilməsi müzakirə yaratdi

Xpress.az Redaksiyası 26.02.2026 08:27

Birləşmiş Ərəb Əmirliklərində yeni evlənən cütlüklərə 70 min dirhəm (təxminən 32 min manat) məbləğində dəstək verilməsi müzakirələr yaradıb.

Musavat.com xəbər verir ki, proqramın əsas şərti pul deyil, ailə həyatı ilə bağlı məcburi kurs və mühazirələrdə iştirakdır. Gənclərə sadəcə nikaha daxil olmaq yox, birlikdə yaşamağı öyrənmək təklif olunur.

Bu təşəbbüsə bəziləri praqmatik yanaşır: dövlət demoqrafiyanı stimullaşdırır. Amma psixoloji baxımdan yanaşdıqda, burada daha incə mesaj var – evlilik “qaranlığa atılan addım” deyil, hazırlıq tələb edən yeni həyat mərhələsidir.

Bu model müəyyən mənada sovet dövrünü xatırladır. SSRİ-də nikah üçün müraciət etdikdən sonra gənclərə “novobraçnı” mağazasına dəvət verilirdi. Bir ay ərzində yeni ailə üçün zəruri əşyalar almaq mümkün olurdu. Bu, sadəcə alış-veriş deyildi – ailəvi ritual idi. Yaxınlar dəstək olur, gənc cütlük isə psixoloji olaraq yeni rolu “üzərinə geyinirdi”.

Sosial psixologiyada buna “qapıda ayaq” mexanizmi deyilir: insan əvvəl kiçik bir öhdəliyi qəbul edir, sonra daha böyüyünü daşımaq asanlaşır. Bu manipulyasiya deyil, təşvişin azaldılmasıdır. Kiçik və anlaşılan addımlar psixikanın qaçmasının qarşısını alır.

Əmirliklərdə isə proses daha sistemlidir: cütlük 6 ay ərzində 12 moduldan ibarət Eddad proqramında iştirak edir – münasibətlər, maliyyə, ailə, valideynlik kimi mövzular tədris olunur. Bu, ailəyə uzunmüddətli psixoloji və praktiki hazırlıq deməkdir.

Bu gün sürət əsrində insanlar 30 yaşa çatanda sanki qəfil oyanır: “Az əvvəl məktəbdə idim, indi isə ailə qurmaq vaxtıdır”. Psixoloq konsultasiyalarında tez-tez eşidilən cümlə budur: “Bir-birimizi sevirik, amma qorxuruq – birdən hər şey dağılar”.

Məhz buna görə əsas məsələ məbləğ deyil, siqnaldır. Cəmiyyət və dövlət deyir: münasibət təkcə ehtiras deyil, həm də birgə layihədir.

Ehtiras sönə bilər. Amma uzunömürlü ailə münasibətləri ortaq ritual, sakit gündəlik həyat, qarşılıqlı dəstək və münaqişələri dağıtmadan həll etmə bacarığı üzərində qurulur.

Ailə qurmaq risk deyil, öyrənilə bilən proses kimi təqdim olunanda insanlar ilk məişət toqquşmasında qaçmır.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək