Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Göyçayda yerli özünüidarəetmə və multikultural dəy...
Göyçayda yerli özünüidarəetmə və multikultural dəyərlər müzakirə olunub
Cəmiyyət

Göyçayda yerli özünüidarəetmə və multikultural dəyərlər müzakirə olunub

Xpress.az Redaksiyası 26.02.2026 16:07

92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə şöbəsində keçirilən görüşdə iştirak edib. Görüşün məqsədi Nazirliyin Bələdiyyələrlə İş Baş İdarəsinin illik məruzəsinin və cari il üzrə nəzərdə tutulan fəaliyyət planının müzakirəsi olub.

Tədbirdə Göyçay Regional Ədliyyə şöbəsinin rəisi Elnur Əsədov, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Cavid İskəndərov, Nazirliyin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəqan Murtuzayev və digər məsul əməkdaşlar iştirak ediblər.

Çıxış edən M. Əfəndiyev yerli özünüidarəetmə institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Deputat bildirib ki, Azərbaycanın Konstitusiyasında yerli özünüidarəetmənin təsbit olunması və bu sahədə qanunvericilik bazasının yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, 1993-cü ildən sonra həyata keçirilən ardıcıl islahatlar nəticəsində bələdiyyələrin cəmiyyətdə rolu daha da artıb.

Millət vəkili təmsil etdiyi Regional məsələlər komitəsinin son illərdə yerli özünüidarəetmənin inkişafı ilə bağlı qəbul olunmuş qanun layihələri barədə də məlumat verib. Digər çıxış edənlər isə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Həmin gün deputat Ramazan ayı münasibətilə Göyçay rayonunda din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi arxasında görüş keçirib. “Multikultural dəyərlərdə İslam dininin rolu” mövzusunda təşkil olunan görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran Regional bölməsinin müdiri Natiq Əfəndiyev, baş məsləhətçi Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, qurumun Göyçay və Ağdaş rayonları üzrə səlahiyyətli nümayəndələri, eləcə də dini icma rəhbərləri iştirak ediblər.

M. Əfəndiyev çıxışında Azərbaycanın İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu qeyd edərək, ölkəmizdə multikultural dəyərlərin qorunduğunu və müxtəlif dinlərin nümayəndələrinin birgə, qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulayıb. O, əldə olunan nailiyyətlərin xalqın birliyi və həmrəyliyi fonunda ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Deputat həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan bəhs edib, Qarabağda aparılan quruculuq işləri çərçivəsində dini abidələrin bərpasının xüsusi önəm daşıdığını bildirib.

Görüş Qurani-Kərimdən ayələrin səsləndirilməsi ilə davam edib. Sonda iştirakçılar təşəbbüsə görə deputata təşəkkürlərini bildiriblər.

Məzahir Əfəndiyev 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin sakinlərini müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, onlara əmin-amanlıq, birlik və xeyirxah əməllər arzulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək