Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Cenevrədə üçüncü raundun ikinci mərhələsi başladı
Cenevrədə üçüncü raundun ikinci mərhələsi başladı
Dünya

Cenevrədə üçüncü raundun ikinci mərhələsi başladı

Xpress.az Redaksiyası 26.02.2026 21:27

İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı kritik danışıqlar İsveçrədə davam edir.

“Al Alam” telekanalına istinadən xəbər verir ki, Cenevrədə tərəflər arasında məsləhətləşmələrin üçüncü raundunun ikinci mərhələsinə start verilib.

Omanın vasitəçiliyi ilə keçirilən danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi nümayəndə Stiven Uitkoff rəhbərlik edir. Bu raundda əsas diqqət Tehranın nüvə proqramına dair sazişin ilkin layihəsinin hazırlanmasına və İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvi mexanizminə yönəlib.

Xatırladaq ki, fevralın 17-də keçirilən əvvəlki görüşlərdə tərəflər əsas prinsiplər üzrə ümumi razılığa gəldiklərini bəyan etmişdilər. Hazırkı mərhələ isə daha texniki və detallı məsələlərin müzakirəsini nəzərdə tutur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək