Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ-Ukrayna danışıqları başa çatdı
ABŞ-Ukrayna danışıqları başa çatdı
Dünya

ABŞ-Ukrayna danışıqları başa çatdı

Xpress.az Redaksiyası 26.02.2026 22:18

Cenevrədə keçirilən ABŞ - Ukrayna danışıqları başa çatıb.

Hər iki tərəfin nümayəndələri iclası tərk ediblər. Müzakirələr təxminən dörd saat davam edib.

Qeyd edək ki, Kiyev və Vaşinqton arasında danışıqlar 26 fevral günortadan sonra başlayıb. Ukraynanı danışıqlar qrupunun rəhbəri Rüstəm Umerov, Ali Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya və İqtisadiyyat naziri Oleksiy Sobolev təmsil edib. ABŞ-ı isə Prezidentin xüsusi elçisi Stiven Vitkov və Cared Kuşner təmsil edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək