Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı so...
Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb
Cəmiyyət

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Xpress.az Redaksiyası 27.02.2026 12:05

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Xpress.az xəbər verir ki, tədbirdə Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Diaspor Gəncləri (ADG) Təşkilatının Macarıstandakı Nümayəndəliyi, Gənclərin İnkişafı və İnteqrasiyası Assosiasiyasının (AYID) rəhbər şəxsləri və üzvləri, Azərbaycan diasporunun nümayəndələri, bir sıra xarici ölkələrdən Budapeşt şəhərində təhsil alan tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə Azərbaycan dövlətinin apardığı ardıcıl siyasətdən bəhs edib.

Eyni zamanda, səfir T.Tağızadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizin azad edilməsi nəticəsində bu gün Xocalıda üçrəngli bayrağımızın dalğalanmasının haqqın və ədalətin təntənəsi olduğunu vurğulayıb.

Sonra, azərbaycanlı tələbə Məhəmməd Cəfərovun fortepianoda müşayiəti ilə Xocalı faciəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir, Qarabağda aparılan bərpa və quruculuq işlərindən bəhs edən video-çarxın nümayişi ilə davam etmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək