Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” s...
“Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO
Cəmiyyət

“Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Xpress.az Redaksiyası 27.02.2026 12:07

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn “Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” sənədli filminin təqdimat mərasimi keçirilib.

media-9d6f4a4a-4bf9-43ff-a5a3-17c6f0a1d43b

Yenicag.az xəbər verir ki, Azərbaycan Türkiyə Evində baş tutan təqdimat mərasimində Şuşa döyüşünün iştirakçısı olan Qarabağ qaziləri, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Fira Cəlilova, Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərov, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov və media mənsubları iştirak ediblər.

media-e04e513b-edd5-423d-9344-643421b77a53

Açılış çıxışı ilə qonaqları salamlayan millət vəkili Tənzilə Rüstəmxanlı belə sənədli filmlərin tariximiz üçün önəmindən bəhs edib. Qarabağ qəhrəmanlarının hər birinin həyat hekayəsinin önəmli olduğunu vurğulayan Tənzilə Rüstəmxanlı bu qəbildən olan filmlərin gələcək nəsillər üçün vacib olduğunu qeyd edib:

media-f2e3bcb8-b055-4800-bcf0-4b748875b78a

 

"“Bu qələbə Azərbaycan xalqının Türk dünyasına qazandırdığı ən böyük zəfərlərdən biridir. Qısa bir müddət ərzində belə zəfər qazanmaq nadir rast gəlinən tarixi hadisədir. Belə tarixi zəfəri, qəhrəmanlığı təcəssüm etdirən bu film böyük təsir gücünə malikdir”."

Layihə rəhbəri Aqil Ələsgər filmin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində hazırlandığını bildirib:

media-1448ef32-7c79-4e56-8a5d-e7294bf586de

"“Ekran işi Şuşanın azad olunmasında şücaət göstərən qəhrəmanların hekayələri və Azərbaycan hərb tarixinə misli görünməmiş qəhrəmanlıq salnaməsi kimi həkk olunan tarixi zəfərdən bəhs edir. Filmin əsas qayəsi Şuşa döyüşlərinin qəhrəmanlarını gənc nəslə tanıtmaqdan ibarətdir”."

Daha sonra filmin təqdimatı keçirilib. Film nümayişindən sonra “Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” sənədli filmi ətrafında müzakirələr başlayıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov filmin böyük təsir gücünə malik olduğunu bildirib:

media-ac65e344-ec5b-4f27-a8a5-f70348c36d97

"“Digər natiqlərin söylədiyi kimi, mən də filmin təsiri altındayam. Biz Gənclər Fondu olaraq müxtəlif fərdi layihələrin icrasına dəstək göstəririk. “Konstitusiya və Suverenlik İli” çərçivəsində qrant layihəsi elan etdik və yaxşı haldır ki, qaliblərdən biri də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi oldu. Onu da qeyd edim ki, Aqil bəyin yazdığı layihələr hər zaman unikallığı ilə seçilib”."

Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova qazanılan tarixi zəfərimiz və Şuşa döyüşləri qəhrəmanlarının gənc nəslə tanıdılması baxımından filmin böyük əhəmiyyət daşıdığını vurğulayıb:

media-3b3db6e0-2460-43e8-aed0-65715495ce9b

"“Lazımi texniki avadanlıq olmadan belə bir yüksək səviyyədə filmin ərsəyə gətirilməsi özü bir qəhrəmanlıqdır. Gələcək nəsillər bu filmə baxdıqca, Şuşada döyüş yolu keçən və qəhrəmanlıq göstərən igid oğullarımızla fəxr edəcəklər”."

Qarabağ qaziləri də təəssüratlarını bölüşüblər. Şuşa qəhrəmanları Elşən Əliyev, Vüqar Mənəfov, Qasım Qasımov, Emir Əşrəfli və digərləri Şuşa döyüşlərinin qəhrəmanlarının yeni nəslə tanıdılmasında, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində filmin böyük önəm daşıdığını söyləyiblər. Qeyd ediblər ki, yüksək təsir gücünə malik olan bu cür filmlərin ekranlaşdırılması alqışa layiqdir.

Sonda filmin ərsəyə gəlməsində xidmətləri olan Qarabağ qaziləri “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən xüsusi mükafat ilə mükafatlandırılıb.

media-aff7a21e-0798-4d70-b845-b3f937d80f9a

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək