Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur sad...
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur sadələşdirilib
Cəmiyyət

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur sadələşdirilib

Xpress.az Redaksiyası 27.02.2026 16:01

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

14 iyul 2025-ci il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna və 9 fevral 2026-cı il tarixində Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli Qərarına edilmiş dəyişikliklərə əsasən, qeydiyyat orqanı tərəfindən belə fərqlər aşkar olunduğu təqdirdə, qeydiyyat orqanı 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Bundan sonra torpaqayırma qərarları, kadastr xəritələri və digər hüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğun yaranma mənbəyi və məlumatların düzgünlüyü aydınlaşdırılır.

Vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən kateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildikdə, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər olunur. Əks halda hüquqların qeydiyyata alınmasından imtina edilir.

Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestrində və kadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək