Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukrayna və Rusiya lokal atəşkəs barədə razılığa gə...
Ukrayna və Rusiya lokal atəşkəs barədə razılığa gəlib
Dünya

Ukrayna və Rusiya lokal atəşkəs barədə razılığa gəlib

Xpress.az Redaksiyası 27.02.2026 16:28

Ukrayna və Rusiya Federasiyası Zaporojye Atom Elektrik Stansiyasını təmin edən yüksəkgərginlikli elektrik xəttinin təmiri üçün lokal atəşkəs barədə razılığa gəlib.

Xpress.az u barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) “Twitter” hesabındakı məlumata istinadla xəbər verir.

BAEA-nın məlumatında deyilir: “BAEA-nın vasitəçiliyi ilə Zaporojye Atom Elektrik Stansiyasına 330 kV-luq ehtiyat enerji təchizatının bərpasına imkan verəcək daha bir lokal atəşkəs qüvvəyə minib”.

Agentliyin Baş direktoru Rafael Qrossi, həmçinin bildirib ki, təmir işlərinin aparıldığı ərazidə minatəmizləmə işləri davam edir və bu, orada işləyən briqadalar üçün təhlükəsiz girişi təmin etməlidir.

Xatırladaq ki, son aylarda Ukrayna ilə Rusiya arasında bir neçə lokal atəşkəs elan edilib və həmin müddət ərzində təmir briqadaları zədələnmiş elektrik xətlərini bərpa ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək