Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya “Epşteyn işi” ilə bağlı Konqresdə ifadə verib
“Epşteyn işi” ilə bağlı Konqresdə ifadə verib
Dünya

“Epşteyn işi” ilə bağlı Konqresdə ifadə verib

Xpress.az Redaksiyası 27.02.2026 23:04

ABŞ-nin keçmiş prezidenti Bill Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ABŞ Konqresində ifadə verməyə başlayıb.

İclas təhlükəsizlik və istintaqın gizliliyi səbəbindən tamamilə qapalı qapılar arxasında, media nümayəndələrinin iştirakı olmadan keçirilir.

Qeyd edək ki, bir gün əvvəl B. Klintonun həyat yoldaşı, ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton da Nümayəndələr Palatasının Nəzarət Komitəsində analoji dindirmədə iştirak edib. H. Klinton maliyyəçi ilə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə inkar edərək, Epşteynin cinayətkar fəaliyyətləri barədə heç bir məlumata malik olmadığını bildirib. O, öz adının bu işdə hallandırılmasını siyasi manipulyasiya və Donald Trampın fəaliyyətindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.

Xatırladaq ki, Epşteyn işi ilə bağlı ictimai maraq ABŞ Ədliyyə Departamentinin yanvar ayında 3 milyon səhifədən çox sənədi açıqlamasından sonra pik həddə çatıb. Fevralın 15-də sənədlərin açıqlanması prosesi yekunlaşıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək