Tehran ABŞ-ın “Abraham Lincoln” gəmisini raketlə vurduğunu BƏYAN ETDİ
İran ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə dörd ballistik raket atdığını açıqlayıb
Tehran ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə dörd ballistik raket atıldığını elan edib. Bu məlumat İran silahlı qüvvələrinin tərkib hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən təsdiqlənib.
RIA Novosti agentliyinin yaydığı xəbərə görə, Tehran “Abraham Lincoln” gəmisinin dörd ballistik raketlə vurulduğunu bildirib. Məlumat İİKK-nın rəsmi bəyanatına əsaslanır.
Bəyanat İranın dövlət televiziyası tərəfindən yayımlanıb. Hadisənin baş verdiyi yer, zərbənin nəticələri və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.
Bundan əlavə, Vzqlyad qəzetinin xəbərinə görə, Hörmüz boğazında baş verən böyük yanğından sonra bir tanker batmağa başlayıb. Hazırda Hörmüz boğazının gəmilər üçün açıq olduğu bildirilir.
Xpress.az