Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İcra nümayəndəsi Buzovnada qanunsuz obyekt tikir?...
İcra nümayəndəsi Buzovnada qanunsuz obyekt tikir? -
Cəmiyyət

İcra nümayəndəsi Buzovnada qanunsuz obyekt tikir? - RİH və nümayəndəlik susur

Xpress.az Redaksiyası 02.03.2026 12:39

Xəzər rayonu, Buzovna qəsəbəsi, Əziz Mirəhmədov küçəsində, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan 3 saylı internatla üzbəüz 400 kv.m-lik obyektin qanunsuz tikildiyi iddia olunur.
 
 Qaynarinfo-ya daxil olan məlumata görə, inşa edilən obyekt Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə icra nümayəndəsi Emin Əliyevə məxsusdur. 
 
Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. İddialara görə, obyektin qanunsuz tikilməsinə baxmayaraq, Emin Əliyev bundan narahat deyil. 

Qaynarinfo məsələ ilə bağlı əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Lakin qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun telefonları susub (454-38-47, 454-54-75). 
 
Əməkdaşımız daha sonra icra başçısı Elşən Salahovun köməkçisi Xəlifə İbrahimovla əlaqə saxlayıb. Xəlifə İbrahimov "məndə bu barədə məlumat yoxdur" deməklə kifayətlənib. 
 
Qaynarinfo bu dəfə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxlayıb. Oradan Emin Əliyevin yerində olmadığı bildirilib.

Bununla belə, əməkdaşımız Emin Əliyevin qanunsuzluqda ittiham olunması, bu barədə hətta sosial şəbəkələrdə görüntülər yayıldığını qurumun əməkdaşının diqqətinə çatdırıb və qarşı tərəfin bununla bağlı mövqeyini öyrənməyə çalışıb. Nümayəndəliyin əməkdaşı isə əlaqə nömrələrini istəyərək, geridönüş ediləcəyini bildirib. Bir gün keçsə də, geridönüş edilməyib. Əməkdaşımızın nümayəndəliyə dəfələrlə zəng etməsinin də nəticəsi olmayıb.
 
Beləliklə, 3 gün ərzində Qaynarinfo bir iddia ilə bağlı nə Xəzər Rayon İcra Hakimiyyətindən, nə də Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən cavab ala bilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova şifahi xəbərdarlıq edib. Buna səbəb işdə yol verilən nöqsanlar olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək