Dünya
İrana qarşı əməliyyat uzadıla bilər
Xpress.az Redaksiyası
02.03.2026 22:17
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın dörd-beş həftədən çox davam edə biləcəyini açıqlayıb.
Tramp bu haqda Ağ Evdə çıxışı zamanı danışıb.
“Biz əvvəlcə bunun 4-5 həftə çəkəcəyini düşünürdük, lakin daha uzun müddət ola bilər. Biz bunu edəcəyik”, - Amerika lideri vurğulayıb.