Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Azərbaycan klublarının azarkeş formaları niyə
Azərbaycan klublarının azarkeş formaları niyə
İdman

Azərbaycan klublarının azarkeş formaları niyə BAHADIR?

Xpress.az Redaksiyası 03.03.2026 22:08

Azərbaycanda futbola maraq artıb. Bunu ölkə çempionluğu üçün keçirilən oyunlarda qeydə alınan azarkeş sayından da görmək mümkündür. Son illər futbol təkcə idman deyil, həm də böyük kommersiya sahəsinə çevrilib. Bu prosesin ən açıq nümunələrindən biri klubların azarkeşlər üçün istehsal etdiyi rəsmi formalar, aksesuarların da qiymətlərində özünü göstərir.
 Azərbaycanda futbol klublarının rəsmi azarkeş formaları əsasən klub mağazaları və onlayn satış platformaları vasitəsilə təqdim olunur.  Azərbaycanda “Neftçi”, “Qarabağ”, “Sumqayıt” və digər futbol klublarının azarkeş formalarının qiyməti 90-200 manat arasındadır. Ad, imza əlavə etdikdə isə daha baha satılır. Məsələn, “Qarabağ” klubunun xüsusi imzalı formaları 500 manat dəyərindədir.

Avropa və dünya futbolunda isə azarkeş formalarının qiymətləri daha yüksəkdir. Mövsümsonu endirimlər zamanı bu məbləğ azalır. Dünya futbolunda forma satışları klubların illik büdcəsində mühüm paya malikdir. Məsələn, Avropanın aparıcı klubları hər mövsüm forma satışlarından on milyonlarla avro gəlir əldə edir.

Azərbaycanda azarkeş formalarının qiymətləri dünya nəhəngləri ilə müqayisədə nisbətən əlçatan görünsə də, yerli alıcının gəlir səviyyəsi nəzərə alındıqda bu məbləğlər də az deyil. Formaların baha olması stadionadakı azarkeş görüntüsünə də təsir edir. Belə ki, azarkeşlərdə kluba aid forma və aksesuar olmadığı üçün kimin hansı klubu tutması ilk baxışdan aydın olmur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, azarkeşlər üçün formalar əlçatan olmalıdır:

“Ötən il Barselonada oldum, onların çempion klublarının formalarının necə endirimlə satıldığını gördüm. Həftənin müəyyən günləri ayrılıb, həmin günlərdə çox böyük endirimlə futbol klublarının formaları satılır. Futbolun həvəskarı və tərəfdarı deyiləm. Lakin formalar komandaları dəstəkləyənlər üçün daha ucuz, əlçatan omalıdır. Bu, çox bahadır. Klublar gərək qiymətləri çox endirsin, öz azarkeşlərinə daha ucuz forma verilməsinə nail olsunlar”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək