Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda beynəlxalq təhsil platformasının rəhb...
Azərbaycanda beynəlxalq təhsil platformasının rəhbəri Change the World Academy-nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfiri seçilib
Cəmiyyət

Azərbaycanda beynəlxalq təhsil platformasının rəhbəri Change the World Academy-nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfiri seçilib

Xpress.az Redaksiyası 04.03.2026 17:18

Azərbaycanda beynəlxalq təhsil platformasının rəhbəri Jalə Bəhramova BMT nəzdində fəaliyyət göstərən Change the World Academy-nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfir seçilib.

Bu status Shane Academy-nin direktoru Jalə Bayramovaya Mərkəzi Asiya və Qafqaz regionunda gənclərin inkişafı, təhsil imkanları və qlobal əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı Azərbaycanı beynəlxalq təhsil və inkişaf platformalarında təmsil etməyə imkan yaradır.

Change the World Academy tələbələr arasında diplomatiya, liderlik, danışıqlar və beynəlxalq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş qlobal miqyaslı nüfuzlu təşkilatdır. Bu platforma gənclərə beynəlxalq səhnəyə çıxmaq, öz ölkələrini təmsil etmək və gələcəyin qlobal liderləri olmaq üçün vacib bacarıqları inkişaf etdirmək imkanı yaradır.

Azərabaycanın nüfuzlu təhsil təşkilatlarından birnin rəhbərinin Change the World Academy-nin səfiri seçilməsi Azərbaycanın beynəlxalq təhsil və diplomatiya sahəsində artan rolunun göstəricisi olmaqla yanaşı Azərbaycan qadınının qlobal platformalarda söz sahibi ola bilməsinin, diplomatiya və liderlik sahəsində aktiv rol almasının etirafıdır.

Jalə Bəhramova səfir kimi əsas missiyasının Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və Türk dünyasından olan tələbələrin beynəlxalq proqramlarda iştirak etməsi, ölkələrini qürurla təmsil etməsi və gələcəyin qlobal liderlərinə çevrilməsi olduğunu bildirib. Azərbaycanlı tələbələrin beynəlxalq platformalarda iştirakının biliklə yanaşı onlara özünəinam, vizyon və liderlik bacarıqları aşıladığını qeyd edən Change the World Academy-nin səfiri əsas məqsədinin ölkəmizin tanıdılması. gənclərimizin təhsil və beynəlxalq inkişafı üçün ən yaxşı imkanlara çıxışını təmin etməkdir.

Səfirin əsas strateji məqsədlərindən biri Bakını Change the World Academy platforması çərçivəsində Qafqaz və Türkdilli ölkələrin gənclərinin görüş nöqtəsinə çevirməkdir. Bu təşəbbüs region ölkələri arasında akademik əməkdaşlığın gücləndirilməsi, gənclər arasında diplomatik dialoqun inkişafı və Bakının beynəlxalq təhsil və liderlik platforması kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək