Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “İran hakimiyyəti növbəti dəfə öz namərdliyini gös...
“İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir, qonşularına xəyanət edir” -
Cəmiyyət

“İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir, qonşularına xəyanət edir” - Deputatdan ŞƏRH

Xpress.az Redaksiyası 05.03.2026 15:55

“İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir, qonşularına xəyanət edir” - Deputatdan ŞƏRH
“İranın ərazimizə hücum etməsi gözlənilməz hadisə deyil”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması elan edilən 1918-ci ildən bu günədək İran hakimiyyəti davamlı olaraq Azərbaycan Respublikasına və eləcə də İranın əsas əhali kontingentini təşkil edən soydaşlarımıza qarşı düşmənçilik fəaliyyəti aparıb.

“Üzdə Azərbaycan dövlətinə və xalqına göstərilən nəzakət və xoş niyyətlilik həmişə saxta olub”.

O əlavə edib ki, 1988-ci ildə ermənilər tərəfindən Miatsum hərəkəti başlayanda da İran ikiüzlülük edərək, torpaqlarımızın işğal olunmasına gizli şəkildə dəstək göstərirdi.

“Bu dəstək bütün işğal dövründə davam etdirilmişdir. Bir neçə il öncə İrandakı səfirliyimizə hücum ediləndən sonra Azərbaycan dövləti öz iradəsini ortaya qoydu və terrorçuların ən ağır şəkildə cəzalandırılmasına nail oldu”.

Cavanşir Feyziyev vurğulayıb ki, bütün bunlara baxmayaraq bu gün, dünyanın ən böyük güc sahibi ilə döyüş meydanında üz-üzə gələndə İran hakimiyyəti növbəti dəfə öz namərdliyini göstərir, qonşularına xəyanət edir. Mövcud olduğu bütün müddət ərzində İranla səmimi qonşuluq münasibətləri və əməkdaşlıq əlaqələri quran Azərbaycan bu gün İran tərəfindən hava hücumuna məruz qalıb”.

Deputat qeyd edib ki, bunu can verən hakimiyyətin son nəfəs aqoniyası kimi də dəyərləndirmək olar.

“Amma bunun tarixin arxivinə qovuşmaqda olan İran molla hakimiyyəti üçün nə dərəcədə faydalı olacağını düşünmək belə absurddur. Deməli, molla hakimiyyətini atdığı addımın nəticəsi maraqlandırmır, sadəcə ölüm ayağında da olsa bizim dövlətimizə və xalqımıza qarşı kin-küdurətini və heç vaxt sönməyən qəzəbini nümayiş etdirir. Lakin bunun İran hakimiyyəti üçün heç bir faydası olmayacaq. Əksinə, özünün məntiqsiz iddialarına nail ola bilməyərək bütün bölgə dövlələrini müharibəyə çəkməsi İran rejiminin sonunu daha da yaxınlaşdıracaq”.

Xatırladaq ki, İran martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə dronla hücum edib.

Dronlardan biri Naxçıvan aeroportuna, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb - iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək