Cəmiyyət
8 mart günü metro belə işləyəcək
Xpress.az Redaksiyası
06.03.2026 12:47
"Bakı Metropoliteni" martın 8-i və 9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakı Metropolitenindənbildirilib ki, "28 May–Əhmədli” sahəsi gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə olacaq:
"Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək. Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “Cəfər Cabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə gününün qrafikindən istifadə edəcəklər".