Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Cərimələnən sürücülərin ödədikləri bu vəsait geri...
Cərimələnən sürücülərin ödədikləri bu vəsait geri qaytarılacaq – AÇIQLAMA
Cəmiyyət

Cərimələnən sürücülərin ödədikləri bu vəsait geri qaytarılacaq – AÇIQLAMA

Xpress.az Redaksiyası 06.03.2026 13:11

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda Milli Məclisdə qəbul edilib.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi konkret qayda pozuntuları ilə bağlıdır.

O xatırladıb ki, qayda pozuntularının mövcud olduğu halda sürücüyə həm cərimə yazılır, həm də nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir:

“Amma şəxsin avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmuş qərar qanunsuz sayılarsa və ləğv olunsa, bu, duracağa yerləşdirilmənin də qanunsuz olduğu anlamına gəlir. Ona görə də təbii ki, qanunsuz yerləşdirilmə səbəbindən avtomobilin evakuasiyasına və duracaqda saxlanılması üçün edilən ödəniş sahibinə geri qaytarılmalıdır. Bu, təbiidir. Çünki həmin tədbirin özü qanunsuz olub”.

Ə.Hüseynovun sözlərinə görə, əslində, bu qayda indiyə qədər də mövcud olub: “Mülki Məcəllədə bununla bağlı məsələ var. Lakin qanuna edilən dəyişiklik müəyyən dərəcə dayanıqlı məsələdir və bu fəaliyyətlə məşğul olanlar üçün birbaşa göstərişdir”.

Ekspert hesab edir ki, Nazirlər Kabinetinin qərarı ilə bu istiqamətdə dəqiq mexanizmlər hazırlansa, daha yaxşı olar: “Məsələn, şəxs bu halda hara müraciət etməlidir, ona geri ödənilən vəsait neçə gün müddətində qaytarılmalıdır və s. Bu dəqiq mexanizm Nazirlər Kabinetinin qərarında müəyyən olunmalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək