Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı Ş...
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Cəmiyyət

Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?

Xpress.az Redaksiyası 07.03.2026 15:33

Müasir dünyada müharibələr təkcə silahla aparılmır. Bu gün dövlətlərə qarşı ən təhlükəli hücumlardan biri informasiya müharibəsidir. Dezinformasiya artıq qlobal təhlükəyə çevrilib. Onun ən təhlükəli tərəfi isə odur ki, tam yalandan ibarət olmur. Əksinə, bu məlumatların içində müəyyən qədər həqiqət payı olur. Adətən 20–30 faiz həqiqət, qalan hissə isə məqsədli şəkildə qurulan yalan və manipulyasiyadır.

Məhz bu üsulla cəmiyyət aldadılır, dövlətlər hədəfə alınır, ictimai rəy yönləndirilir. Bir faktın ətrafına onlarla yalan əlavə olunur və nəticədə ortaya tamamilə saxta, amma inandırıcı görünən bir “informasiya” çıxarılır. Bu, klassik informasiya müharibəsi texnologiyasıdır.

Azərbaycana qarşı aparılan çirkin kampaniya

Uzun illərdir Azərbaycana qarşı xaricdən idarə olunan informasiya hücumları davam edir. Bu hücumların “qəhrəmanları” zaman-zaman dəyişsə də, dövlətə qarşı səlib yürüşü davam etdirilir. Hazırda isə bu məsələdə fəal Hüseynov qardaşlarıdır. Biz qardaşların sosial şəbəkələr üzərindən yeni nəsil dezinformasiya üsulu ilə Azərbaycan əleyhinə fəaliyyətini müzakirə etmək fikrindən uzağıq.
Bizim mövzumuz ilana zəhər daşıyan kərtənkələlər, dövlətin imtiyazlarından yararlanıb, bir üzü xaricdə olanlardır. Beləki söyüş müxalifətinin yaydığı məlumatların içində elə detallar olur ki, hansısa daxili mənbədən ötürüldüyünü göstərir. Yəni məsələ təkcə xaricdə oturub Azərbaycana qarşı danışmaqdan ibarət deyil. Problem ondadır ki, bu şəxslər həm də Azərbaycanın içindən bəslənilir və bəzi informasiyalar məhz içəridən sızdırılır.

Türklərin məşhur bir atalar sözü var: “Xəyanət içəridə olanda qapı kilid tutmaz.” Bu söz bugünkü vəziyyəti çox dəqiq izah edir.

Dövlətin içində informasiya satanlar

Çox təəssüf ki, Azərbaycan dövlətində çalışan bəzi şəxslərin müxtəlif maraqlar naminə məlumat ötürdüyü barədə faktlar və iddialar zaman-zaman gündəmə gəlir. Bu məlumatlar daha sonra xaricdə Azərbaycana qarşı aparılan kampaniyalarda istifadə olunur.

Belə şəxslər bəzən elə vəzifələrdə otururlar ki, heç kimin onlardan şübhəsi olmur. Amma arxa planda məlumat daşıyıcısı, vasitəçi və ya birbaşa informator kimi fəaliyyət göstərirlər. İnformasiya müharibəsinin ən təhlükəli tərəfi də məhz budur – düşmən bəzən sənin içində olur.

Tovuzdan çıxan qalmaqal: Rəşad Zeynalov xətti

Son dövrlərdə ortaya çıxan məlumatlar isə xüsusilə Tovuz rayonunu və rayon icra hakimiyyətinin birinci müavini Rəşad Zeynalovu gündəmə gətirir. Nə qədər təəcüb doğursa da, Rəşad Zeynalovun Hüseynov qardaşları ilə mütəmadi əlaqə saxlayan və onlara Azərbaycandakı bəzi proseslər barədə məlumat ötürən əsas fiqurlardan biri kimi göstərildiyi iddia olunur.

Bildirilir ki, birinci müavin, təkcə əlaqə saxlamır, həm də müəyyən məsələlərdə həmin şəxslərlə koordinasiyalı şəkildə hərəkət edir. Onun Hüseynov qardaşlarının yaxın çevrəsi ilə mütəmadi ünsiyyətdə olduğu, müxtəlif mövzular üzrə məlumat ötürdüyü barədə ciddi məlumatlar dolaşır.

Rəşad Zeynalovun bu çevrə ilə əlaqələrinin təsadüfi olmadığı da deyilir. Onun həm şəxsi münasibətlər, həm də qohumluq əlaqələri vasitəsilə həmin şəbəkəyə yaxın olduğu vurğulanır. Hüseynovların yaxın qohumu olan Rəşad Zeynalovun Tovuz rayonunun icra başçısı Məmməd Məmmədovla da sonradan qohum olduğu da bu məsələnin daha da diqqət çəkən tərəflərindən biridir.

Tovuzda narazılığın mərkəzində eyni ad

Tovuzdan daxil olan şikayətlərə baxanda isə maraqlı bir mənzərə ortaya çıxır. Rayon sakinlərinin qaldırdığı problemlərin böyük hissəsi birbaşa icra başçısı Məmməd Məmmədov (el arasında “Zəhər Məmməd” kimi də tanınır) və Rəşad Zeynalovun fəaliyyəti ilə əlaqələndirilir. Sosial şəbəkələrdə Qarabağ qazilərindən imkansız ailələrə qədər çoxsaylı şikayətçilər bu ikilidən narazılıqlarını bildirirlər.

Rayonda sosial narazılığın artması, insanların icra hakimiyyətindən şikayətləri və idarəçiliklə bağlı problemlərin dərinləşməsi məhz onun adı ilə bağlanır. Bu narazılıqların ört-basdır edilməsinə cəhd göstərilsə də, vəziyyət artıq gizlədiləcək səviyyədə deyil.

Ən təhlükəli tərəf isə budur: Tovuz kimi strateji rayonda narazılıq yaratmaq və eyni zamanda həmin məlumatların xaricə daşınaraq Azərbaycana qarşı istifadə olunmasına zəmin hazırlamaq açıq-aşkar xəyanət sayılır.

Dövlət üçün ciddi siqnal

Əgər bir məmur həm rayonda narazılıq yaradır, həm də həmin məlumatların Azərbaycana qarşı istifadə olunan kanallara ötürülməsində rol oynayırsa, bu artıq təkcə idarəçilik problemi deyil. Bu, dövlət təhlükəsizliyi məsələsidir.

Bu səbəbdən Rəşad Zeynalov ətrafında dolaşan məlumatlar ciddi şəkildə araşdırılmalıdır. Çünki informasiya müharibəsi dövründə dövlətin içində yerləşən belə “informasiya brokerləri” düşmən üçün ən qiymətli alət sayılır.

Azərbaycanı hədəfə alan informasiya kampaniyalarının qarşısını almaq üçün yalnız xaricdəki təbliğat maşınını ifşa etmək kifayət etmir. Əsas məsələ həmin maşına içəridən yanacaq daşıyanları tapmaqdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək