Xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvan-Bakı maşrutu ilə "J2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.