Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şəhid anasına qarşı 40 min manatlıq dələduzluq
Şəhid anasına qarşı 40 min manatlıq dələduzluq
Cəmiyyət

Şəhid anasına qarşı 40 min manatlıq dələduzluq

Xpress.az Redaksiyası 10.03.2026 14:27

Abşeron rayonunda şəhid anası S.Mixailovna dələduzluğa məruz qalıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində oğlu üçün ev almaq istəyən şəhid anasının 40 000 manat pulu dələduzluq yolu ilə ələ keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən Rəfail adlı şəxs tutulub. 

Araşdırmalar zamanı onun başqa şəxslərə qarşı da dələduzluq etdiyinə əsaslı şübhələr yaranıb. Həmin şəxsə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı isə Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə aparılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd edən müttəhim məsuliyyəti İ.Məmmədov adlı müştərisinin üzərinə atıb. 

Lakin zərərçəkmişlərin ifadələri Rəfailin söylədikləri ilə ziddiyyət təşkil edib. Bu baxımdan, məhkəmə onun ifadəsini özünümüdafiə kimi qiymətləndirib. 

İş materiallarından o da məlum olur ki, zərərçəkmişlərdən biri də "Mir İnşaat” tikinti materilları mağazasının sahibidir. Zərərçəkmişin ifadəsindən məlum olur ki, təqsirləndirilən şəxsin həmin mağazadan 39 860 manat dəyərində inşaat malları götürüb, lakin pulunu verməyib. 

Məhkəmənin hökmü ilə müttəhimə 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun məhkəməyədək icraat dövründə tutulduğu 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2  il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək