Cəmiyyət
“AAAF-İnşaat” 20 min manat cərimə edildi
Xpress.az Redaksiyası
10.03.2026 14:30
"AAAF-İnşaat” əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.
"Teleqraf"a istinadən xəbər veririk ki, şirkət barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən protokol tərtib olunub.
Buna səbəb isə “AAAF-İnşaat”ın icraçı direktoru Camal Rəcəbov tərəfindən növbə rəisi vəzifəsinə götürülən şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir.
Məhkəmə şirkəti hüquqazidd əmələ görə 20 000 manat məbləğində cərimə edib.
Qeyd edək ki, “AAAF-İnşaat”ın təsisçisi və sahibi tanınmış iş adamı Tofiq Heydərovdur.
