Cəmiyyət
Zar kəndində 7 milyonluq layihənin icrasına başlanılır
Xpress.az Redaksiyası
10.03.2026 17:49
Kəlbəcər rayonunun Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuları tikiləcək.
Xpress.az xəbər verir ki, "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxs bununla bağlı prosesə start verib.
Layihənin icrasına ilkin olaraq 7 milyon 181 min manat xərclənəcəyi planlaşdırılır.