Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “TikTok” uğruna nüfuzunu riskə atanlar ­
“TikTok” uğruna nüfuzunu riskə atanlar ­
Cəmiyyət

“TikTok” uğruna nüfuzunu riskə atanlar ­ – Müəllim adına belə zərbə vurulur

Xpress.az Redaksiyası 10.03.2026 21:25

Sosial şəbəkələr gündəlik həyatımızın elə ayrılmaz hissəsinə çevrilib ki, sanki gözümüzü dünyaya açandan bu texnologiyaların içində olmuşuq. Xüsusilə də orta və yaşlı nəsil insanlar sosiallaşmaq məsələsində texnologiya dövrünün gənclərini kölgədə qoyublar.

Sual yaranır: Bəs əlindən kitab, qəzet düşməyən, hər fürsətdə yeni nəslə bunu aşılamaq adı ilə qaxınc edən bu ağsaqqal və ağbirçəklərə nə oldu? Niyə indi sosial şəbəkələrdən çıxa bilmirlər?

Üstəlik sosial platformanın daha ciddi kontentində görünsələr, bəlkə də bu qədər müzakirə mövzusu olmazdılar, amma Tiktok kimi qeyri-ciddi şəbəkədə canlı açıb, hədiyyə qazanmaq üçün yaşlarına yaraşmayan hərəkət etmələri ikrahdoğurucudur.
 

Xüsusilə son zamanlarda müəllimlərin də sosial şəbəkələrdə, canlı yayımlarda aktiv iştirak etməsi cəmiyyətdə qınağa səbəb olur. Bəziləri bunu müəllimlərin müasir dövrə uyğunlaşması, onların də sıradan insan olması kimi qiymətləndirsə də, digərləri belə fəaliyyətin müəllimin peşə nüfuzuna və şagirdlərlə münasibətlərinə mənfi təsir göstərə biləcəyini bildirirlər.  

Mövzu ilə bağlı təhsil üzrə ekspert, əməkdar müəllim İradə Qayıbova Bizim.Media-ya bildirib ki, sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilsə də, müəllimlər illərlə qazandığı nüfuzu və nümunəvi müəllim adının dəyərini unutmamalıdır:

“Heç olmasa, gənc müəllimələr canlıda hansısa səviyyəsiz hərəkət etsə, yaşını və onun böyüdüyü dövrü nəzərə alıb keçmək olar. Amma 50-60 yaşlı müəllimlərin canlı açıb peşəsini nəzərə almadan artıq-əskik hərəkətlərinə məəttəl qalmamaq mümkün deyil.

Axı bu insanlar həm yaş, həm təcrübə baxımından atdığı addımları, peşəsinin nüfuzunu qorumalıdırlar. Yeniyetmələrə nümunə olmaq əvəzinə, onları doğru yoldan kənarlaşdırmaq müəllim adına ləkədir. Müəllim öz şagirdləri ilə deyə-gülə, şənlənə bilər, amma bayağı hərəkətlərə yol verməməlidir. Məktəbdə olduğu kimi, kənarda da pərdəni gözləməlidir”.

Ekspert vurğulayıb ki, sosial şəbəkə doğru istifadə etdikdə, əslində çox faydalıdır:

“İstər məktəbdə, istərsə də dərsdən kənar görülən işlər, qeyd edilən tədbirlər, ədəbi gecələrlə bağlı paylaşımlar oluna bilər. Yaxud müəllim öz şagirdinin uğurlarından bəhs edər, bununla da öz savad və bacarığını təsdiqləmiş olar. Zamanla ayaqlaşmaq lazımdır, əlbəttə, amma ad və nufuzunu itirməmək şərtilə”.  

Qeyd edək ki, “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən Təhsilverən işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək