Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media 1news.az: media məkanında 19 il
1news.az: media məkanında 19 il
Media

1news.az: media məkanında 19 il

Xpress.az Redaksiyası 12.03.2026 11:19

1news.az xəbər portalının fəaliyyətə başlamasının 19 ili tamam olur.

Sayt, fəaliyyəti ərzində ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə işıqlandıraraq Azərbaycanın tanınmış onlayn xəbər platformalarından birinə çevrilib.

Yarandığı gündən 1news.az siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət, idman və beynəlxalq gündəmlə bağlı xəbərləri mütəmadi olaraq təqdim edir. Portal eyni zamanda analitik materiallar, müsahibələr, köşə yazıları və videoreportajlar dərc edərək oxuculara hadisələrə daha geniş baxış imkanı yaradır.

İllər ərzində 1news.az redaksiyasında peşəkar jurnalist və ekspertlərdən ibarət güclü komanda formalaşıb. Məzmun müxtəlifliyi sayəsində sayt həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş oxucu auditoriyası qazanıb.

Bu gün portal inkişafını davam etdirir, informasiyanın təqdimatında yeni formatlar tətbiq edir və oxucular üçün rəqəmsal imkanlarını genişləndirir.

Xpress.az olaraq həmkarlarımızı təbrik edirik. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək