Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Başqasının adından icazəsiz istifadə qadağan edili...
Başqasının adından icazəsiz istifadə qadağan edilir –
Cəmiyyət

Başqasının adından icazəsiz istifadə qadağan edilir – Ali Məhkəmədən QƏRAR

Xpress.az Redaksiyası 12.03.2026 19:49

Ali Məhkəmə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında ilk dəfə olaraq ad hüququna dair mühüm izahlar verib.
Ali Məhkəmədən İqtisadiyyat.az-a bildirilib ki, fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən (uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququ mövcuddur.

Bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadə olunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim edilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidd davranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə hesab edilməklə mülki məsuliyyət yaradır.

Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə edilən davranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərək vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başa düşülür.

Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülki qaydada tələb irəli sürərək pozuntunun tanınması, aradan qaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektinin üzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarının müdafiə üsullarından istifadə edə bilərlər.

Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər bu üsullarla yanaşı onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini də tələb edə bilərlər. Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnız pozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsini tələb edə bilərlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək