Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Tərbiyə adı ilə zorakılıq olmaz” –
“Tərbiyə adı ilə zorakılıq olmaz” –
Cəmiyyət

“Tərbiyə adı ilə zorakılıq olmaz” – Yeni qanun layihəsi nəyi VƏD edir?

Xpress.az Redaksiyası 14.03.2026 11:56

Bildiyiniz kimi, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə - iki yüz manat məbləğində cərimə ediləcəklər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Köhnə dövrün tərbiyə modelinə əsasən, uşağı döyməklə normal qarşılanıb. Bu cəza növü ilə tərbiyə etmək müəyyən dərəcədə mentalitetin bir hissəsi kimi qəbul olunub.

Bəs valideynlərin məsuliyyətə cəlb olunması nələri dəyişdirəcək?

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirib ki, müasir psixologiya və uşaq hüquqları sahəsində aparılan tədqiqatlar göstərir ki, fiziki cəza uşağın davranışını uzunmüddətli və sağlam şəkildə formalaşdırmır:

“Uşağa qarşı fiziki cəza uzun illər bir çox cəmiyyətlərdə, o cümlədən Azərbaycanda, tərbiyə üsulu kimi qəbul edilən davranışlardan biri olub. Lakin müasir psixologiya və uşaq hüquqları sahəsində aparılan tədqiqatlar göstərir ki, fiziki cəza uşağın davranışını uzunmüddətli və sağlam şəkildə formalaşdırmır.

Əksinə, bu üsul uşaqlarda qorxu, aqressiya, özünə inamsızlıq və zorakılığı normal davranış modeli kimi qəbul etmə riski yarada bilər. Bəzi hallarda isə uşaqlarına özünə  və ya valideyninə qarşı zorakılığı ilə nəticələnir. Məsələn əvvəllər uşağın valideynə qarşı zorakılıq halı demək olar ki, birmənalı şəkildə qeydə alınmırdı. Son zamanlar uşaqların valideynə qarşı törətdikləri cinayətlər barədə məlumatlar alırıq”.

Mehriban Zeynalova qeyd edib ki, valideynlərin uşağı döyməsinə görə cərimənin tətbiqi ilk növbədə hüquqi mesaj xarakteri daşıyır:

“Dövlət bununla bildirir ki, uşağın fiziki toxunulmazlığı qorunmalı olan hüquqdur və tərbiyə zorakılıq vasitəsilə aparıla bilməz. Bu dəyişiklik yalnız cəza mexanizmi yaratmaq məqsədi daşımır, eyni zamanda cəmiyyətdə valideynlik mədəniyyətinin dəyişməsinə və alternativ tərbiyə metodlarının təşviqinə yönəlmiş addım kimi qiymətləndirilə bilər”.

Onun sözlərinə görə, belə qanunların real təsiri isə yalnız cərimə ilə ölçülmür:

“Əsas dəyişiklik cəmiyyətin münasibətində baş verir. Valideynlər üçün maarifləndirmə proqramları, psixoloji dəstək xidmətləri və müsbət tərbiyə metodlarının təşviqi ilə birlikdə tətbiq edildikdə bu kimi hüquqi mexanizmlər uşaqların daha təhlükəsiz mühitdə böyüməsinə kömək edə bilər. Çünki məqsəd valideyni cəzalandırmaq deyil, uşağa qarşı zorakılığın normal hesab olunmadığı bir sosial norma formalaşdırmaqdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək