Cəmiyyət
Keçmiş deputat YAP-dan ÇIXARILIR - FOTO
Xpress.az Redaksiyası
15.03.2026 09:59
Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric ediləcək bir qrup şəxsin siyahısı hazırlanıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, siyahıda müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin adları yer alır.
Bildirilir ki, siyahı YAP-ın yerli təşkilatlarının təqdimatı əsasında hazırlanıb.
Siyahıya daxil edilən şəxslərin partiya sıralarından çıxarılması onların məhkəmə qərarları ilə təsdiqlənmiş cinayət əməlləri ilə bağlıdır.
