Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 1...
“Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər”
Cəmiyyət

“Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər”

Xpress.az Redaksiyası 17.03.2026 12:18

“Şirkətimiz ötən ilin yanvarında Naxçıvan TV üçün 3 studiyanın dizayn tərtibatı, istehsalı təklifini alıb və onu hazırlayaraq noyabrda təhvil verib. Lakin bu günə qədər televiziya tərəfindən bizə ödənməli olan 130 543,40 manat pul hələ də verilməyib”. 

Bu şikayətlə “Qafqazinfo”ya “Depo Production” MMC-nin əməkdaşı, dizayner Emil Mirzəyev müraciət edib. 

O bildirib ki, işlərə heç bir ilkin ödəniş olmadan başlanılıb və bütün xərclər icraçı şirkət tərəfindən qarşılanıb: “Təklifi aldıqdan sonra televiziyanın rəhbərliyi ilə bir neçə görüş və müzakirələr olub, dizaynların hazırlanmasına başlanılıb. Daha sonra bu iş üzrə 109002 saylı studiya avadanlıqlarının və dekorasiyaların satın alınması müsabiqəsi elan olundu. Bizdə göstəricilərlə bağlı bir balaca problem olduğu üçün tenderi başqa bir şirkət - “TAHMAZOV COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti qazansa da, işlərin icrasını biz həyata keçirdik. Çünki ilk görüş bizimlə olub, bizim şirkəti tanıyıb dəvət ediblər, görüşlərdə də şəxsən özüm iştirak etmişəm. Bağlanmış müqavilə üzrə işlərin icrasına başlanıldı. Rəhbərlik dəyişdirildiyinə görə studiyaların dekorasiyalarının dizayn və quruluşlarına sifarişçi tərəfindən dəyişikliklər edilib. Bunlar heç bir ödəniş alınmadan, bütün xərclər şirkətimiz tərəfindən qarşılanaraq həyata keçirilib. O cümlədən, televiziyanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisində kuratoru olan Günay Malikqızı və televiziyanın sədr müavini Xaliq Babayev tərəfindən bizdən şifahi tələb olunub və buna görə əvvəlcədən hazırlanmış dizayn və eskizlər yenidən işlənilib hazırlanıb. Bu səbəbdən də dekorasiyalara aid olan şərtlər toplusu dəyişib və bunun rəsmiləşdirilməsinin lazım olmağı barədə heç bir xəbərdarlıq olunmayıb. Bu səbəbdən bugünkü tarixə qədər dekorasiya işlərinə aid olan hissəsi, 130 543,40 AZN hələ də ödənilməyib”. 

Şikayətçi iddia edir ki, televiziyanın sədr müavinləri İlhamə Novruzova və Xaliq Babayev dəyişdirilmiş şərtlər toplusunu qəbul etməkdən boyun qaçırır: “Bu vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında, Günay Malikqızının qəbul otağında olarkən dəyişikliklərin bu çətinliyi yaratdığını xatırladanda bizə verdiyi cavab belə oldu: “Etməzdiniz”. Halbuki müqaviləyə əsasən, hər hansı səbəbdən zərurət yaranarsa, müqavilədə qeydə alınmış bəndlər üzərində dəyişikliklər etmək mümkündür.

Qeyd edək ki, dekorasiyaların quruluşu zamanı sifarişçi tərəfindən edilmiş dəyişiliklər və müqavilədə nəzərdə tutulmamış əlavə işlərin lokasiya, material təşkili və düzəlməsi səbəbindən icra müddətində gecikmələr yaranıb. Bu səbəbdən müqavilənin müvafiq bəndinə əsasən, müqavilə dəyərinin, 383.945,70 manat, 10 faizi qədərində 38.394,57 manat cərimə tətbiq edilib və müqavilə üzrə avadanlıqlar üçün ödənilən məbləğdən artıq çıxılıb”. 

Dizayner əlavə olaraq bildirib ki, dekorasiya işləri artıq 5 aydır tamamlanmasına baxmayaraq, təhvil-təslim aktı sifarişçi tərəfindən imzalanmır və rəsmi təhvil alınmamış studiya dekorlarından efirdə istifadə olunur: “Müqaviləyə görə, ödənişin və təhvil-təslimin gecikməsi tərəflərin hər ikisi üçün 10 faiz həcmində maliyyə məsuliyyəti yaradır. Eyni zamanda, televiziya daxilindəki rəhbərlik dəyişiklikləri və fikir ayrılıqları məsələnin həllini çətinləşdirir. Gecikdirilən ödəniş şirkətin fəaliyyətinə, o cümlədən işçilik, material və vergi öhdəliklərinə mənfi təsir göstərir”.

Məsələ ilə bağlı Naxçıvan televiziyasının sədr müavini İlhamə Novruzova ilə əlaqə saxladıq. O, səsləndirilən iddialara belə cavab verdi: “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə “Depo Production” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında son 2 il ərzində heç bir müqavilə bağlanmayıb. Odur ki, "Depo Production” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı hüquqi öhdəlik və ya müqavilə əsasında əməkdaşlıq mövcud deyil”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək