Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Varlı övladları xaricdə gizlənə bilməyəcək -
Varlı övladları xaricdə gizlənə bilməyəcək -
Cəmiyyət

Varlı övladları xaricdə gizlənə bilməyəcək - YENİ QANUN

Xpress.az Redaksiyası 18.03.2026 07:47

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə ciddi dəyişikliklər qüvvəyə minib. Artıq çağırışdan boyun qaçıranlar üçün məsuliyyət dairəsi genişləndirilib və ölkədən çıxış hüquqlarına məhdudiyyətlər gətirilib.

Dəyişikliklərə əsasən, çağırış zamanı tibbi müayinəyə, hərbi toplanışlara və ya xidmətə üzrlü səbəb olmadan gəlməyən vətəndaşlar qanun qarşısında cavab verəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, bu addımlar hərbi sistemin səmərəliliyini artırmaq və milli təhlükəsizliyi gücləndirmək üçün atılıb.

Xüsusi vurğulanır ki, çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün yaşayış yerini gizli dəyişmək və ya qeydiyyatdan yayınmaq da artıq cinayət məsuliyyəti yarada bilər. Çağırış dövründə yaşayış yerini 3 aydan çox müddətə dəyişən vətəndaşlar mütləq qaydada hərbi qeydiyyat məsələlərini tənzimləməlidirlər.

Ali Məhkəmənin yenilənmiş Plenum qərarı bu sahədəki hüquqi boşluqları aradan qaldırır. Qərara əsasən, çağırış müddəti başa çatanadək rəsmi çağırışlara məhəl qoymamaq hərbi xidmətdən yayınma kimi qiymətləndirilir.

Möhlət hüququ olmayan vətəndaşlar hərbi biletlərində və “mygov” platformasındakı kabinetlərində qeyd olunan tarixlərə ciddi diqqət etməlidirlər. Dövlət qurumları vətəndaşları hərbi vəzifələrini vaxtında icra etməyə və qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyə çağırır.

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə edilən son dəyişikliklər uzun illər cəmiyyətdə müzakirə olunan bir problemi də yenidən gündəmə gətirib. İctimai rəyə görə, bəzi imkanlı ailələr övladlarını hərbi xidmətdən uzaq saxlamaq üçün onları adətən xaricdə təhsil və ya yaşayış adı ilə ölkədən kənarda saxlayırdılar.

Yeni qanunvericilik dəyişiklikləri isə bu kimi halların qarşısını almağa yönəlib. Qaydalara əsasən, çağırış dövründə hərbi xidmətlə bağlı tələblərdən yayınan şəxslərin məsuliyyəti daha da sərtləşdirilib və onların ölkədən çıxış hüquqlarına məhdudiyyət tətbiq oluna bilər.

Bakupost.az xəbər verir ki, hərbi ekspert, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov məsələ ilə bağlı Yeni Müsavat-a şərhində bildirdi ki, Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin sərtləşdirilməsi bir neçə strateji məqsədə xidmət edir və eyni zamanda bu dəyişikliklər həm institusional, həm də sosial baxımdan əhəmiyyətlidir: “Burada ilk növbədə intizam və idarəetmənin gücləndirilməsi məsələsində qanuna edilən dəyişikliyin əhəmiyyətli olduğunu qeyd etmək lazımdır. Yeni qaydalar ilk növbədə çağırış sistemində uzun illər az sayda olsa da mövcud olan yayınma hallarını aradan qaldırmağa xidmət edəcək. Əvvəllər çağırışdan yayınmaq üçün müxtəlif üsullardan, o cümlədən ünvan dəyişən, xaricdə yaşamaq kimi variantlardan istifadə edən şəxslər sistem üçün ciddi problem yaradırdı. Bundan sonra çağırışa gəlməmək konkret hüquqi məsuliyyət doğuracaq. Çağırış vərəqəsini qəbul etməkdən yayınma isə ayrıca pozuntu kimi qiymətləndiriləcək. Bu, hərbi qeydiyyat və çağırış sistemini daha şəffaf və nəzarət edilə bilən edəcək”.

Ekspert onu da dedi ki, yeni qaydalar bərabərlik prinsipinin təmin olunması baxımından əhəmiyyətlidir: “Cəmiyyətdə ən çox narazılıq doğuran məsələlərdən biri bəzi "imkanlı ailələrin övladlarının xidmətdən yayınması" idi. Yeni dəyişikliklər xaricdə qalmaqla çağırışdan yayınma hallarını məhdudlaşdırır, ölkədən çıxış hüququna məhdudiyyət tətbiq etməklə hamı üçün eyni qaydanı təmin edir. Hərbi çağırışçıların ölkədən çıxışına məhdudiyyətlər qoyulacaq. Bu isə sosial ədaləti gücləndirir və orduda xidmətin hamı üçün borc olması prinsipini real şəkildə tətbiq edir".

Polkovnik qeyd etdi ki, qanuna edilən əlavələrin daha bir əhəmiyyəti səfərbərlik potensialının artırılmasına xidmət etməsidir: “Müasir təhlükəsizlik mühitində, xüsusilə regionda davam edən gərginliklər, müharibələr fonunda operativ səfərbərlik çox vacibdir. Yeni qanunvericilik dövlətin çağırış resursları üzərində nəzarətini artırır, ehtiyat qüvvələrin dəqiq uçotunu təmin edir. Bu, mümkün fövqəladə vəziyyətlərdə ordunun daha sürətli komplektləşdirilməsinə şərait yaradır.

Yeni qaydalar hüquqi boşluqların aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə “Çağırışdan yayınma” anlayışı daha dəqiq müəyyənləşdirilib. Mübahisəli hallarda vahid hüquqi yanaşma formalaşdırılıb. Bu, hüquq-mühafizə və məhkəmə praktikasında fərqli şərhlərin qarşısını alır".

R.Məhərrəmov dedi ki, yeni qaydalar eyni zamanda hərbi çağırış sahəsində rəqəmsal nəzarətin rolunu da artırır: “Mygov” kimi platformaların inteqrasiyası ilə vətəndaşların çağırış tarixlərinə çıxışı asanlaşır, dövlət orqanlarının nəzarət imkanları genişlənir. Bu, həm də “məlumatım yox idi” kimi bəhanələrin qarşısını alacaq. Milli təhlükəsizlik baxımından da yeni qaydaların əhəmiyyəti var. Bütün bu dəyişikliklərin əsas məqsədi ordunun komplektləşmə səviyyəsini artırmaq, insan resurslarının itkisinin qarşısını almaq, dövlətin müdafiə qabiliyyətini gücləndirməkdir. Xüsusilə postmünaqişə dövründə və regional risklərin davam etdiyi şəraitdə bu addımlar strateji baxımdan vacib idi. Bundan sonra isə əsas məsələ qanunun tətbiqinin ədalətli və şəffaf aparılmasıdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək