Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Mayasından ucuz maşın satan “NBK Motors” necə ayaq...
Mayasından ucuz maşın satan “NBK Motors” necə ayaqda qalır?
Cəmiyyət

Mayasından ucuz maşın satan “NBK Motors” necə ayaqda qalır? – Şikayət

Xpress.az Redaksiyası 19.03.2026 10:55

Azərbaycanın avtomobil bazarında dominantlıq edən Çin istehsalı maşınların satışında qəribə vəziyyət yaranıb.

Tribuna.az-a müraciət edən avtomobil satışçı salonları bazarda mövcud şirkətlərdən birinin çox ucuz qiymətə avtomobil satdığını qeyd edirlər.
Onlar bildirirlər ki, bu ucuz qiymət mövcud şərtlərlə uyğun gəlməməklə yanaşı, həm də həmin şirkətyin vergi və ya gömrükdən yayınmasına ciddi şübhələr yaradıb.
Söhbət Çin maşını bazarını bir birinə vurmuş “NBK Motors” MMC-dən gedir. Belə ki, sözügedən MMC artıq digər rəsmi distribyüterlərin nəinki bazarını “öldürüb”, həm də onların müflis olmasına belə səbəb olmağa başlayıb.
Məsələnin mahiyyəti nədən ibarətdir? Baş verənlərdən şikayətçi düşən Lənkəran Avtomobil Mərkəzi, “Auto Drayver”, və “KN transport” MMC avtomobil satışı şirkətləri “NBK Motors”un ucuz maşın satmasının içində qanunsuzluğun olduğunu düşünürlər. Bunu da onunla əsaslandırırlar ki, mövcud xərclərlə satış qiyməti arasında 2000 manatlıq bir fərqin yaranması qeyri-mümkündür. Onlar qeyd edirlər ki, “BYD” avtomobilinin SA05 markasının Çindən alınma qiyməti 8700 dollar təşkil edir. Bir avtomobilin Azərbaycana çatdırılması xərci isə 1600 dollar civarındadır. Bura 102 dollar sığorta, 5540 manat gömrük rüsumu və digər xərclər də 600 manat olur. Üstəlik, xaricə pul köçürmə xərci də 6 faiz təşkil edir ki, nəticədə sözügedən markanın toplam maya dəyəri 23 min 830 manata çatır. Onlar sual edirlər ki, Bakıya 23 min 830 manata gələn avtomobil necə olur ki, “NBK MOTORS” 21 min 800 manata satır?
Şikayətçilər ikinci başqa bir misal da çəkiblər. Onlar qeyd edirlər ki, “Changan”ın Uni-Z modelinin Çində alınma qiyməti 14 min 400 dollara alınır. Bir maşının çatdırılma xərci isə 1700 dollara bərabərdir. Buraya gömrük (7150 manat) və digər xərclər (600 manat) də əlavə etdikdə, maya dəyəri 35 min 120 manat təşkil edir. “Amma bu gün NBK Motors həmin maşını 32 min manata satır. 3000 min manat qiymət fərqi ola bilməz. Bu mümkün deyil. Şübhəmiz var ki, “NBK Motors” MMC mütləq hansısa qanunsuzluq edir və ya buna bənzər əməllərlə məşğuldur”.
Şikayətçilər Tribuna.az-a bildiriblər ki, indiyə qədər məsələnin araşdırılması üçün müxtəlif qurumlara teleqramlar vurublar. Lakin onlara cavab verilməyib. Ona görə də, İqtisadiyyat Nazirliyinə üz tutaraq, nazirdən xahiş ediblər ki, məsələni araşdırsın. “Biz cənab nazirdən xahiş eddirik ki, bu məsələni araşdırıb, tədbir görsün. Biz sahibkarları batmaqdan xilas etsin. Çünki biz xeyli sayda işçi saxlayır, dövlətə vergi veririk”.
Tribuna.az açıq mənbələr üzərindən apardığı qısa araşdırma zamanı məlum olub ki, “NBK Motors” MMC heç də qanunlarla münasibəti yaxşı deyil. Elə bu səbəbdən də ötən ilin oktyabrında cərimlənib. Belə ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə protokol tərtib olunub. Səbəb “NBK Motors”un Çindən 8 ədəd nəqliyyat vasitəsini Samur keçid məntəqəsi vasitəsilə Azərbaycana gətirsə də, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməməsidir. Nəticədə, 1500 manat cərimə olunub.
O da məlum olub ki, nizamnamə kapitalı 20 manat olan “NBK Motors” MMC-nin qanuni təmsilçisi çinli Aisaiti Ahatidir.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək