Cəmiyyət
Azərbaycanın bu ölkədəki səfirliyi 10 gün işləməyəcək
Xpress.az Redaksiyası
19.03.2026 21:56
Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyi 20-30 mart 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.
Bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Bildirilib ki, bu müddət ərzində təcili və təxirəsalınmaz konsulluq məsələləri ilə bağlı +37167142892 qaynar xətti ilə əlaqə saxlanılması xahiş olunur.