Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Karantin qapıda:
Karantin qapıda:
Cəmiyyət

Karantin qapıda: Yeni virus yayıldı

Xpress.az Redaksiyası 25.03.2026 10:15

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb.

Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.

Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur.

Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.

Yoluxmaların əsasən Kent bölgəsində cəmləşməsi və bəzi halların ictimai məkanlar, əyləncə obyektləri və tələbə mühiti ilə əlaqəsinin araşdırılması infeksiyanın yayılma mexanizminə dair suallar doğurur. Epidemioloji əlaqələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Rəsmi qurumlar vəziyyətin hazırda nəzarət altında olduğunu və geniş əhali üçün riskin aşağı qiymətləndirildiyini bildirir. Yoluxmuş şəxslərlə təmasda olanlara profilaktik antibiotik müalicəsi tətbiq olunur, risk qrupları üçün isə peyvəndləmə tədbirləri genişləndirilir.

Bununla yanaşı, mütəxəssislər vurğulayır ki, meningokok infeksiyası geniş yayılma xüsusiyyəti ilə deyil, fərdi hallarda sürətli və ağır gedişi ilə seçilir. Bu baxımdan bəzi ekspertlər xəstəliyin ayrı-ayrı hallarda koronavirusdan daha ağır fəsadlara səbəb ola biləcəyini qeyd edir.

Əgər belə infeksiyalar lokal səviyyədən çıxaraq geniş yayılma mərhələsinə keçərsə, epidemioloji nəzarət tədbirlərinin, o cümlədən məhdudiyyətlərin tətbiqi istisna olunmur.

Hazırda vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və əsas məqsəd infeksiyanın yayılmasının qarşısını vaxtında almaq, dünyanı yenidən evə qapanmaqdan qorumaqdır. (Musavat.com)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək