Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu şəxslər pensiyasız qala bilər
Bu şəxslər pensiyasız qala bilər
Cəmiyyət

Bu şəxslər pensiyasız qala bilər

Xpress.az Redaksiyası 25.03.2026 18:13

Azərbaycanda minlərlə insan illərlə rəsmi əmək müqaviləsi olmadan çalışır. Bu gün qazanc əldə edən həmin şəxslər gələcəkdə pensiya yaşına çatdıqda ciddi risklə üz-üzə qala bilərlər. Çünki sosial sığorta ödənişləri aparılmadığından onların pensiya hüququ ya formalaşmır, ya da çox zəif olur.

Bəs “kölgə əmək bazarında” çalışanlar sabah pensiya ala biləcəklərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Xəzər Həsənov bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyası vətəndaşın əvvəl əldə etdiyi əməkhaqqı və digər gəlirlərinin kompensasiyası kimi müəyyən olunur.

Vəkilin sözlərinə görə, bu hüququn formalaşması üçün əsas şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmin ödənişlər işəgötürən və işçi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna köçürülür və əməkhaqqı, mükafatlar, məzuniyyət haqları, eləcə də sahibkarlıq gəlirləri daxil olmaqla bütün gəlir növlərinə tətbiq edilir.
 

Xəzər Həsənov vurğulayıb ki, sosial sığorta sistemi ştatlı, mövsümi və müvəqqəti işçiləri, fərdi sahibkarları və digər kateqoriyaları əhatə edir. Lakin əmək münasibətləri rəsmi qaydada rəsmiləşdirilmədikdə bu ödənişlər həyata keçirilmir və nəticədə şəxsin pensiya hüququ formalaşmır.


O əlavə edib ki, qanunvericiliyə əsasən əmək pensiyası üç növ üzrə təyin olunur: yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə. Hər biri sığorta və yığım hissələrindən ibarətdir.

“Şəxs əmək müqaviləsi olmadan işləyərək qısa müddətdə daha çox qazanc əldə etdiyini düşünsə də, bu, gələcəkdə onun pensiya almaq hüququndan və ümumilikdə sosial təminatdan məhrum qalmasına səbəb ola bilər,” — deyə vəkil sonda qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək