Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Subasmalar zamanı zərər dəymiş hansı evlər üçün ko...
Subasmalar zamanı zərər dəymiş hansı evlər üçün kompensasiya verilə bilər?
Cəmiyyət

Subasmalar zamanı zərər dəymiş hansı evlər üçün kompensasiya verilə bilər?

Xpress.az Redaksiyası 31.03.2026 21:49

Son günlər intensiv yağışlar nəticəsində yaranmış subasmalar bəzi fərdi yaşayış evlərində ciddi fəsadlar törədib, hətta qəzalı vəziyyətə düşmüş evlərə də rast gəlinib. Təəssüf ki, zərər görən evlərin hüquqi sənədi və ya çıxarışı (kupçası) olmazsa, bu, vəziyyəti bir qədər mürəkkəbləşdirə bilər. Belə olan halda - təbiət hadisəsi nəticəsində zərər görən sənədsiz evin sahibi kompensasiya tələb edə bilərmi? Mövcud qanunvericilik bu məsələyə necə yanaşır və hansı hallarda belə şəxslərə yardım göstərilməsi mümkündür?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə yalnız hüquqi sənədi olan daşınmaz əmlaka ziyan dəydikdə dövlət ona kompensasiya verə bilər.

Onun sözlərinə görə, son günlər intensiv yağışlar nəticəsində yaranmış subasmalar zamanı ciddi zərər görən sənədli evlər mütləq kompensasiya almalıdır:

“Sənədi olmayan evlərin isə kompensasiya alması qanunvericilikdə nəzərdə tutulmur. Amma Azərbaycan dövləti sosial dövlətdir və bir çox hallarda Fövqəladə Hallar Nazirliyi vasitəsilə sosial yardım formasında kompensasiya ödənilir və bu zaman həmin evin sənədinin olub-olmaması nəzərə alınmır. Vətəndaşlar müvafiq qurumlara müraciət etməlidir ki, baş vermiş hadisə nəticəsində dəyən zərərin ödənilməsində dövlət onlara yardım edə bilsin”.

V.Oruc söyləyib ki, əgər bu problem hər hansı bir infrastruktur problemindən qaynaqlanırsa, yəni sadəcə təbii fəlakət deyilsə, vətəndaşa kanalizasiya sisteminin işləməməsi və yaxud da başqa infrastruktur komponentlərinin çalışmaması səbəbindən ziyan dəyibsə, bu zaman evin sənədli və ya sənədsiz olması əhəmiyyət kəsb etmir: “Bu zaman vətəndaş mütləq məhkəmə orqanlarına müraciət edərək ona dəymiş zərəri tələb edə bilər. Sırf təbii fəlakət nəticəsində olduqda isə sənədli evlərə dövlət yardım edir, sənədsiz evlərə isə sosial yardım formasında kompensasiya ödənilir”.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Araz Nurməmmədov isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, şəxsin evinin sənədinin - yəni çıxarışının olmaması həmin əmlakın özbaşına tikili sayılır. Onun sözlərinə görə, dövlət özbaşına tikilini tanımır:

“Həmin əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə, dövlət onu tanımaq öhdəliyində deyil. Dövlət əgər həmin əmlakı tanımırsa, həmin tikiliyə dəymiş ziyana görə də kompensasiya ödəmək öhdəliyi yoxdur. Özbaşına tikili ilə bağlı daha bir məqam da icbari sığorta ilə bağlıdır. Çünki özbaşına tikililərin sənədi olmadğına görə onu icbari sığorta etmək də mümkün deyil. Amma dövlət ümumi vəziyyəti nəzərə alaraq həmin şəxslərə müəyyən kompensasiya verə bilər, əmlaklarının təmiri ilə bağlı müəyyən işlər görə bilər. Təbii ki, burada dövlətin öhdəliyi yoxdur, amma sadəcə vətəndaşa olan münasibətin nəticəsi ola bilər ki, həmin ailələrə dəstək göstərilsin. Yəni bu əmlaka dəyən ziyanın ödənilməsi deyil, sadəcə sosial dəstək xarakteri daşıya bilər”.

Qeyd edək ki, bayram günlərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi istiqamətində müvafiq işlər aparılıb. İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək