Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gecikən yardım, artan ŞİKAYƏTLƏR -
Gecikən yardım, artan ŞİKAYƏTLƏR -
Cəmiyyət

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Xpress.az Redaksiyası 01.04.2026 22:43

Azərbaycanda təcili tibbi yardımla bağlı şikayətlərin çoxu onların ünvana gec çatması ilə bağlıdır. Bunun isə səbəbi təkcə təcili tibbi yardımın təşkili ilə əlaqədar deyil. Yəni Bakının tıxacı da bəzən bu prosesə mane olur.

Digər şikayətlər isə təcili tibbi yardım həkiminin evdəki pasiyentlərə ancaq temperatur, təzyiq, qrip, ishal kimi narahatlıqla bağlı yardım etdiyini, digər problemlərlə bağlı kömək ola bilmədikləri ətrafındadır. Həmçinin, iddialara görə, həkimlər xəstəni ancaq yüksək temperatur, ağırlaşma halında xəstəxanaya aparmağı məsləhət bilirlər.

Ümumiyyətlə, təcili tibbi yardımın işi nədən ibarət olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, xəstədə ağır xəstəlik şübhəsi varsa, dərhal xəstəxanaya çatdırılmalıdır:
 

“Təcili tibbi yardımın funksiyası ondan ibarətdir ki, xəstə görülməli, müayinə olunmalı, əgər xəstədə ağır xəstəlik şübhəsi varsa, o, mütləq hospitalizasiya olunmalıdır. Bəzi situasiyalar olur, həkim müəyyən səhvlərə yol verir, xəstəliyin ağırlığını müəyyənləşdirə bilmir. Amma şübhə varsa, ağır xəstə kimi  onu mütləq xəstəxanaya yerləşdirməlidir. Ağır xəstəni evdə saxlamağa haqqı yoxdur”.


Qeyd edək ki, bir neçə gün öncə "Qarabağ" futbol klubunun azarkeşi Zəfər Hacılı vəfat edib. O, ölümündən üç gün öncə sosial şəbəkədə vəziyyətinin ağır olduğu, nəfəs darlığından əziyyət çəkdiyi üçün təcili tibbi yardım çağırdığını və vəziyyətinin ağır olmasına rəğmən təcili tibbi yardım briqadasının onu xəstəxanaya aparmadığnı qeyd edib.

Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaydığı məlumatda qeyd olunub ki, ilk təcili yardım çağırışı zamanı briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı qeyd edilib:
 

"25.03.2026-cı il tarixində saat 16:58-də Mərdəkan qəsəbəsi, Məcidov küçəsində yerləşən fərdi yaşayış evindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə nəfəs darlığı şikayəti ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, Xəzər Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən Zəfər Hacılıya ünvanda baxış keçirilib və müvafiq tibbi yardım göstərilib. Obyektiv müayinə zamanı tənəffüsün səthi və çətin (dispnoye xarakterli) olduğu müəyyən edilib. Pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib. Briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək